Ərdoğan Obama ilə görüşünün təfərrüatlarını açıqladı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Ərdoğan Obama ilə görüşünün təfərrüatlarını açıqladı

Ərdoğan Obama ilə görüşünün təfərrüatlarını açıqladı


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Barak Obama ilə NATO Zirvə Toplantısındakı görüşü ilə bağlı təfərrüatları açıqlayıb.

ANS PRESS-in məlumatına görə, Ərdoğan bildirib ki, Obama ilə əsasən Türkiyənin təhlükəsizliyini təhdid edən “paralel hökumət” haqqında müzakirə aparıb. Onun sözlərinə görə, Obama “paralel hökumət”lə bağlı detallı məlumat istəyib. Ərdoğan isə lazım olan sənədləri Vaşinqtona göndərəcəklərini deyib.

Ərdoğan bildirib ki, görüşdə ABŞ və Türkiyə kəşfiyyat orqanlarının “paralel hökumət”lə bağlı birgə fəaliyyət göstərməsi barədə razılıq əldə olunub.

Ərdoğan onu da qeyd edib ki, görüşdə Almaniyanın xüsusi xidmət orqanlarının Türkiyə hökumətinin telefon danışıqlarını dinləməsi barədə müzakirələr aparılıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *