İranla bağlı ümidli açıqlama » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

İranla bağlı ümidli açıqlama

İranla bağlı ümidli açıqlama


İranın nüvə proqramının hərbi potensialı üzrə təhqiqatda müəyyən irəliləyiş əldə olunub və Tehran tərəfdən daha böyük əməkdaşlığa ehtiyac var.

ANS PRESS-in məlumatına görə, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Yukiya Amano Vaşinqtonda keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, İran agentliklə nüvə proqramının məhdudlaşdırılması üzrə aralıq sazişin icrası sahəsində əməkdaşlıq edir. Ancaq nüvə materialının mümkün hərbi miqyasının aydınlaşdırılması istiqamətində çətinliklər olub. İranda bütün nüvə materialının dinc məqsədli olması nəticəsinə gələ bilmirik.

Xatırladaq ki, BAEA İranda iddia olunan partlayıcı sınaqlarını və nüvə silahı hazırlamaq üçün istifadə oluna bilən digər fəaliyyəti araşdırır. Bu təhqiqat İranın 6 fövqəldövlətlə nüvə danışıqları ilə eyni vaxtda gedir. Məqsəd İrana iqtisadi sanksiyaların yumşaldılması əvəzində Tehranın nüvə proqramının məhdudlaşdırılmasıdır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *