Ərdoğan yeni iqamətgahda qarşılandı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Rəsmi, Video

Ərdoğan yeni iqamətgahda qarşılandı – VİDEO

Ərdoğan yeni iqamətgahda qarşılandı


Türkiyə prezidentinin bir günlük proqramı çox zəngin olub. O, Azərbaycanın ən ali mükafatlarından birini də alıb. Şəhidlər və Fəxri xiyabanda da olub.

ANS TV-nin məlumatına görə, prezident İlham Əliyev tərəfindən Azərbaycanda rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. Ziyafətdən sonra İlham Əliyev Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana “Heydər Əliyev” ordeni təqdim edib.

Daha sonra Rəcəb Tayyib Ərdoğan Fəxri xiyabana gələrək Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Türkiyə prezidenti Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib. Ərdoğan “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Türkiyə prezidenti Şəhidlər xiyabanında Şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoyub, Şəhidlik kitabəsinin üstünə gül dəstələri düzüb. Rəcəb Tayyib Ərdoğan xatirə kitabına ürək sözlərini də yazıb.

Yeri gəlmişkən, bu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ay Azərbaycana sonuncu səfəri deyil. Sentyabrın 20-də o, Bakıda cənub qaz dəhlizinin təməlqoyma mərasimində iştirak edəcək.

Qeyd edək ki, Azərbaycandan da Ərdoğana bir jest olub. İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Gənclikdə inşa olunmuş iqamətgahında qarşılayıb. Ərdoğan yeni istifadəyə verilən iqamətgahın ilk qonağı idi. Bu hal da Türkiyə mediası tərəfindən alqışla qarşılanıb.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *