Kerri siyasi səhvə yol verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Kerri siyasi səhvə yol verdi

Kerri siyasi səhvə yol verdi


Misirdə keçirilən beynəlxalq iqtisadi konfransın ilk günündə çıxış edən Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibinin sözləri siyasi müzakirəyə yol açıb.

ANS PRESS-in məlumatına görə, bir sıra ölkələrin xarici işlər nazirləri, iş adamları ilə təmsil edildiyi konfransda ABŞ Dövlət Katibi Con Kerri də çıxış edib.

“Gələcəyin Misiri” adlı iqtisadi konfransda C.Kerri siyasi səhvə yol verib.

“Hamımız İsrailin gələcəyi üçün dəstək göstərməli, əlimizdən gələni etməliyik”, - deyə çıxış edən Kerri Misirlə İsraili qarışdırıb.

Onun bu sözləri salondakılarda soyuq duş effekti yaşadıb. Bir sıra politoloqlar isə ABŞ rəsmisinin bu çıxışını şüurlu şəkildə etdiyini irəli sürür.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *