Tramp Putinə niyə zəng etməsindən danışdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Tramp Putinə niyə zəng etməsindən danışdı

Tramp Putinə niyə zəng etməsindən danışdı

ABŞ prezidenti Donald Tramp onu Rusiya prezidenti Vladimir Putini yenidən prezident seçilməsi münasibəti ilə təbrik etmək əvəzinə tənqid etməyə çağıran KİV-lərlə razılaşmayıb.

Virtualaz.org-un məlumatına görə, bu barədə o, öz tvitter səhifəsində yazıb.

ABŞ lideri qeyd edib ki, Rusiya ilə digər ölkələrlə olduğu kimi yola getmək lazımdır: "Mən Putinə onu təbrik etmək üçün zəng etdim. Əvvəllər Obama da ona zəng edib. Bəzi yalançı KİV-lər buna görə az qala ağıllarını itiriblər, çünki onlar istərdilər ki, mən Putini tənqid atəşinə tutum. Lakin onlar düz etmirlər. Rusiya ilə də, digər ölkələrlə olduğu kimi, yola getmək lazımdır və bu pis yox, yaxşı haldır".

O həmçinin bildirib ki, Rusiya ABŞ-a Koreya Xalq Demokratik Respublikası, Suriya, "İslam dövləti" və qızğın silahlanma ilə bağlı problemlərin öhdəsindən gəlməyə kömək edəcək. Bundan başqa, Tramp "sülhə güc nümayişi vasitəsilə nail olmağa” çağırıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *