Azərbaycana bu ittifaqa da daxil olmaq təklif olunur » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Azərbaycana bu ittifaqa da daxil olmaq təklif olunur

Azərbaycana bu ittifaqa da daxil olmaq təklif olunur

Mərkəzi Asiya dövlətləri Şərqi Avropa ölkələrinin keçən əsrdə mövcud olmuş Qarşılıqlı İqtisadi Yardım Şurası tipli iqtisadi birləşmə yaradır.

Qırğızıstanın sabiq baş naziri Apas Camaqulov virtualaz.org-a eksklüziv açıqlamasında Mərkəzi Asiya ölkələri başçılarının bu yaxınlarda Astanada keçirilən görüşünü şərh edərkən onu region üçün son dərəcə əhəmiyyətli tədbir adlandırıb. Yeri gəlmişkən, həmin görüşdə Özbəkistan, Qırğızıstan və Tacikistan prezidentləri, eləcə də Türkmənistan Milli Məclisinin sədri iştirak ediblər.

"Mərkəzi Asiya dövlətlərinin başçıları bütün regionun gələcək inkişafının praktik konturlarını birgə cızıblar. Belə görüş və ümumi planlar yalnız ondan sonra mümkün oldu ki, Özbəkistan prezidenti Qırğız rəhbərliyi ilə normal münasibətləri bərpa etdi, Qırğızıstanla Qazaxıstan mübahisəli siyasi məsələləri nizama sala bildilər və eyni zamanda Özbəkistan və Tacikistan arasında münasibətlər istiləşdi.

Azərbaycana bu ittifaqa da daxil olmaq təklif olunur


Mərkəzi Asiya regionu enerjidaşıyıcılarla, eləcə də başqa təbii resurslarla olduqca zəngindir və region ölkələrinin öz aralarındakı siyasi fikir ayrılıqlarının öhdəsindən gəlməsi yaxşı iqtisadi perspektivləri açır", - deyə siyasətçi qeyd edib.

Astana Sammitində qarşılıqlı iqtisadi fəaliyyətlə yanaşı, siyasi məsələlərə də baxılıb. İstisna olunmur ki, perspektivdə-bütün mübahisəli məsələlər həll olunandan sonra Mərkəzi Asiya ölkələri arasında sərhəd anlayışı şərti xarakter daşıyacaq.

Azərbaycana bu ittifaqa da daxil olmaq təklif olunur


"Azərbaycan üçün belə yeni inteqrasiya meydançası çox maraqlı olardı. Baxmayaraq ki, sizin ölkəniz Xəzərin əks-qərb sahilində yerləşir, Bakı həmişə Mərkəzi Asiya ölkələri ilə sıx etnomədəni və iqtisadi əlaqələrə malik olub. Bakı gələcək Mərkəzi Asiya Qarşılıqlı İqtisadi Yardım Şurası üçün Türkiyəyə və Avropa ölkələrinə, bizim regionumuz isə Azərbaycan üçün Çinə çıxış və perspektivli bazar deməkdir", - deyə ekspert vurğulayıb.

A.Camaqulov bildirib ki, yeni iqtisadi birliyin yaradılması Rusiya Federasiyasının və Çinin maraqlarına zidd deyil. Astana görüşünün iştirakçısı olan ölkələr Avrasiya İqtisadi İttifaqının və Şanxay Əməkdaşlıq Təşkilatının üzvləridir. Amma Qazaxıstan prezidenti Nursultan Nazarbayevin və Özbəkistan prezidenti Şövkət Mirziyaevin ideyası məhdud regional təşkilatın formalaşmasından ibarətdir, hansı ki, Mərkəzi Asiyanın iqtisadi problemlərini daha effektiv həll edəcək.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *