Bir qrup hərbi qulluqçuya növbəti “polkovnik” hərbi rütbəsi təqdim edilib » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Bir qrup hərbi qulluqçuya növbəti “polkovnik” hərbi rütbəsi təqdim edilib

Bir qrup hərbi qulluqçuya növbəti “polkovnik” hərbi rütbəsi təqdim edilib


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən bir qrup zabitə növbəti “polkovnik” hərbi rütbəsi verilib. Hərbi qulluqçularla görüşən Müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordumuzda görülən irimiqyaslı tədbirlərdən, dövlət rəhbərliyi səviyyəsində ordu quruculuğunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən ardıcıl işlərdən danışıb.

Novruz bayramı münasibətilə hərbi qulluqçuları və onların ailə üzvlərini təbrik edən nazir vurğulayıb ki, orduya göstərilən bu yüksək diqqətə cavab olaraq şəxsi heyət üzərinə düşən vəzifə borcunu vicdanla yerinə yetirməli, xalqın və dövlətin etimadını doğrultmaq üçün bütün tapşırıqların öhdəsindən layiqincə gəlməlidir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *