Bakıda ABŞ səfirliyi qarşısında etiraz aksiyası » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Bakıda ABŞ səfirliyi qarşısında etiraz aksiyası

Bakıda ABŞ səfirliyi qarşısında etiraz aksiyası

Qarabağ Azadlıq Təşkilatının üzvləri və bir qrup siyasi fəal ötən gün ABŞ-ın Bakıdakı səfirliyi qarşısında aksiya keçiriblər.

Virtualaz.org-un məlumatına görə, onlar "Dağlıq Qarabağ Respublikası"nın "prezidenti" Bako Saakyanın ABŞ-a səfəri və təbliğat mərasimi keçirməsinə etirazlarını bildiriblər.

Etirazçılar bildiriblər ki, separatçılığı və işğalçılığı dəstəkləyən ölkənin Azərbaycanda səfirliyinin olması lazım deyil.

Aksiyaçılar tələb ediblər ki, onların hüquqlarını tapdalayan ABŞ səfirliyi bağlansın.

Qeyd edək ki, bir neçə gün öncə Bako Saakyanın ABŞ-a səfərinə etiraz olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı nazirliyə çağırıb.

Azərbaycan XİN-in ABŞ Dövlət Departamentinə ünvanlanan etiraz notası ona təqdim edilib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *