Pentaqon da Trampa qarşı? » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Pentaqon da Trampa qarşı?

Pentaqon da Trampa qarşı?


ABŞ-ın aparıcı hərbi komandiri Pentaqonun İranla imzalanmış nüvə sazişinə dəstəyini ifadə edib. Bu bəyanatdan cəmi bir neçə saat öncə dövlət katibi, ABŞ administrasiyasında nüvə sazişinin əsas müdafiəçisi Reks Tillerson vəzifəsindən kənarlaşdırılıb.

ABŞ Mərkəzi Komandanlığının rəhbəri, general Cozef Votel martın 13-də Senatın silahlı xidmətlər komitəsində çıxış edib. O, nüvə sazişinin Birləşmiş Ştatların maraqlarına çox yaxşı cavab verdiyini, bu məsələdə müdafiə naziri Ceyms Mettis və baş qərargah rəisi Con Danfordla həmfikir olduğunu deyib.

“Fikrimcə, bu saziş İrandan gələn əsas təhdidlərdən birini yoluna qoyur. Bu, əlimizdən çıxsa, onların nüvə silahları proqramıyla bağlı başqa yol axtarmalıyıq... Hazırda, fikrimcə, bu, maraqlarımıza cavab verir”, – general söyləyib.

Pentaqon da Trampa qarşı?


Votelin rəyindən öncə prezident Donald Tramp 2015-ci il sazişini bir daha tənqid edib, onu “dəhşətli” adlandırıb, ölkənin baş diplomatını işdən çıxarmasına bir səbəb kimi də Tillersonla bu saziş üzrə fikir ayrılığını göstərib.

“Əslində, çox yaxşı yola gedirdik, amma bir sıra məsələlərdə fikir ayrılığımız vardı. İranla sazişi götürək. Mən bunu dəhşətli, o isə normal sayır. Mən bu sazişdən çıxmaq, yaxud başqa bir şey etmək istəyirdim, o isə başqa cür düşünürdü. Yəni eyni cür fikirləşmirdik”, – Tramp deyib.

Prezidentin sözlərinə görə, Tillersonun yerinə təyin etdiyi, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Mayk Pompeo ilə daha çox eyni cür düşünürlər. 54 yaşlı Pompeo İranın və nüvə sazişinin qatı tənqidçisidir. Tramp mayın 12-dək sazişə köklü dəyişikliklər edilməzsə, Birləşmiş Ştatların ondan çıxacağını bildirib.

Pentaqon da Trampa qarşı?


Nüvə sazişi İranın nüvə fəaliyyətinin məhdudlaşdırılması əvəzində ona beynəlxalq sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu. Trampın sazişə qarşı çıxmasına baxmayaraq, Tillerson, Mettis və administrasiyanın digər üzvləri onu müdafiə edib. Tramp yanvarın 12-də avropalı müttəfiqlərə ultimatum verib, deyib ki, nüvə sazişindəki “dəhşətli qüsurlar düzəldilməsə”, İrana ABŞ-ın sanksiyalarının yüngülləşdirilmə müddətini uzatmayacaq.

Martın 15-də ABŞ, Britaniya, Fransa və Almaniya rəsmiləri Berlində görüşəcəklər. Avropa ölkələri nüvə sazişini dəstəkləyir, eyni zamanda Trampın narahatlıqlarının da yoluna qoyulmasını istəyirlər.

Tramp sazişdə əsas 3 qüsur gördüyünü deyir: onun İranın ballistik raket proqramını əhatələməməsi; beynəlxalq müfəttişlərin İranda şübhəli nüvə obyektlərinə ziyarətləriylə bağlı məhdudiyyətlər qoyan şərtlər; son tarix qoyulan müddəalar. Məsələn, İranın uran zənginləşdirməsinə məhdudiyyət 10 ildən sonra bitir. ABŞ prezidenti deyib ki, ölkəsinin sazişdə qalmasından ötrü bu maddələr gücləndirilməlidir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *