“ABŞ Dağlıq Qarabağ rejimini tanımır” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

“ABŞ Dağlıq Qarabağ rejimini tanımır”

“ABŞ Dağlıq Qarabağ rejimini tanımır”

Amerika Birləşmiş Ştatları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz mövqeyini dəyişməyib.

ABŞ-ın Azərbaycandakı səfirliyindən virtualaz.org-un redaksiyasına daxil olan bəyanatda belə deyilir.

Jurnalistlərin çoxsaylı sorğularına cavab verərək, ABŞ səfirliyi vurğulayıb: "Nə ABŞ, nə də başqa dövlətlər, o cümlədən Ermənistan özü də, Dağlıq Qarabağdakı mövcud rejimini tanımırlar".

Səfirliyin məlumatında, həmçinin xüsusi qeyd edilib: "Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupunun proseslə bağlı fəaliyyətini dəstəkləyir və münaqişənin Helsinki Yekun Aktı prinsipləri - gücdən istifadə olunmaması, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyinetmə prinsiplərinə əsaslanan danışıqlar yolu ilə həll olunması üçün səylərini davam etdirəcək".

Xatırladaq ki, özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "prezidenti" kimi təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və Konqresin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta dünən XİN-nə çağırılıb, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı etiraz notası ona təqdim edilib. Həmçinin, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Dövlət Departamentində görüş keçirərək Azərbaycanın etirazını ABŞ tərəfinə çatdırıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *