KQB satqınları heç vaxt bağışlamır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Video

KQB satqınları heç vaxt bağışlamır – VİDEO

KQB satqınları heç vaxt bağışlamır


Britaniya mətbuatından "The Independent" qəzeti Rusiya prezidenti Vladimir Putinin internetdə yayılmış videosundan bəhs edir. Bu videodan belə başa düşmək olar ki, prezident Rusiyaya "xəyanət" edənləri hələ çoxdan ölümlə hədələyibmiş.

Maraqlıdır ki, 2010-cu ilə aid olan bu video internetdə yalnız indi, Britaniyada keçmiş Rusiya casusu Sergey Skripal, iddia olunduğuna görə, zəhərləndikdən bir neçə saat sonra peyda olub.

Bu videoklipdə Rusiya prezidenti ölkəyə xəyanət edənləri hədələyərək bildirir ki, onlar bunun bədəlini ödəyəcəklər.

"Xainlər paylarını alacaqlar, inanın mənə. Dostlarını, silahdaşlarını satıblar onlar... - Putin videoda deyir, - Bunun əvəzində aldıqları hər nədirsə... Aldıqları 30 gümüş pul onların boğazında qalacaq".

Vaxtilə öz ölkəsində vətənə xəyanətə görə məhkum edilmiş Skripal Birləşmiş Krallıqda sığınacaq tapmışdı. Onu iki gün əvvəl qızı ilə birlikdə Seylisböri şəhərindəki ticarət mərkəzinin yaxınlığında huşsuz vəziyyətdə aşkar ediblər.

Onların ağır xəstələnməsinin dəqiq səbəbi hələ biliməsə də, naməlum kimyəvi maddə ilə zəhərləndikləri təsdiq edilib.


Bu kimyəvi maddə o qədər zəhərli imiş ki, ata və qızın köməyinə gəlmiş həkim və polislər də sonradan özlərini pis hiss ediblər. Bir polis nəfəri də hazırda komadadır.

Bu hadisə, demək olar ki, dərhal 2006-cı ildə radioaktiv “polonium-210” maddəsi ilə zəhərlənərək ölmüş keçmiş FTX zabiti Aleksandr Litvinenkonun başına gələn fəlakəti yada salıb.

Hazırda müstəntiqlər bu köhnə ölüm hadisəsini yenidən nəzərdən keçirirlər və Skripal insidenti ilə bənzərliyi olub-olmadığını araşdırırlar.

"The Indepednent" yazır ki, Britaniya üçün casusluq etmiş keçmiş KQB agenti Viktor Makarov Putinin hədələrindən təəccüblənməyib.

Skripal kimi Makarov da ikili agent qismində fəaliyyət göstərdikdən sonra Britaniyaya qaçaq düşüb. O, özünün şimali İngiltərədəki evində KQB-nin intiqamından necə qorxduğunu bildirib.

"Onlar məni güllə ilə boynumun arxasından vurmağa çalışacaqlar. Zəhərdən də istifadə edə bilərlər, - Makarov deyib. - Onlar heç vaxt unutmurlar. Mən 1970-ci illərdə KGB agenti işləyəndə onlar 30 il əvvəl xəyanət etmiş adamları axtarırdılar".

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *