Qüdrət Həsənquliyevin Bakı merinə qarşı ittihamına MSK sədri cavab verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Qüdrət Həsənquliyevin Bakı merinə qarşı ittihamına MSK sədri cavab verdi

 Qüdrət Həsənquliyevin Bakı merinə qarşı ittihamına MSK sədri cavab verdi

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Şuranın martın 10-na təyin etdiyi mitinqin seçkiqabağı təşviqata zidd olub-olmaması barədə sualı cavablandırıb.

APA-nın məlumatına görə, MSK sədri deyib ki, aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat martın 19-da başlanır.

Onun sözlərinə görə, təşviqatla bağlı kütləvi aksiyalar, təşviqat prosesi martın 19-dan tez başlamamalıdır: "Ancaq siyasi partiyaların digər sahələrdəki hərəkətləri digər qanunvericiliklərlə tənzimlənir. Əlbəttə, kimsə küçələrə çıxıb seçki ilə bağlı təşviqat aparırsa, seçki ilə bağlı hansısa namizədə münasibət bildirirsə, bu, artıq Seçki Məcəlləsinin tələblərinin pozulmasıdır. Seçki ilə bağlı hərəkətlər də MSK-nın səlahiyyətində olan məsələlərdir. Digər məsələlər barədə isə MSK fikir bildirmir, ümumiyyətlə, fikir bildirmək səlahiyyətimiz də yoxdur. Həm də hesab edirəm ki, siyasi partiyalar kifayət qədər təcrübəlidir. İnanmıram ki, kimsə bilə-bilə seçkiqabağı təşviqatla bağlı Seçki Məcəlləsinin tələbini pozsun".

Virtualaz.org xatırladır ki, deputat Qüdrət Həsənquliyev Milli Məclisin dünənki iclasında AXCP-nin martın 10-na təyin edilmiş mitinqini sanksiyalaşdırdığına görə Bakı şəhər İcra Hakimiyyətini qınayıb.

Q.Həsənquliyev seçkiqabağı təbliğat-təşviqat kampaniyasının rəsmən martın 19-dan başladığını vurğulayaraq bu mitinqin seçki qanunvericiliyinə zidd olduğunu deyib. “Qanunun aliliyini istəyən qrup qanunun tələblərini pozmamalıdır. Kimsə düşünməsin ki, mən bundan narahatam. Sadəcə olaraq qanunların aliliyinin tərəfdarı kimi narazılığımı ifadə edirəm. Mən heç də Əli Kərimlinin mitinqindən narahat deyiləm. Əminəm ki, onun aksiyasına heç kim qoşulmayacaq... Milli Məclis bu mitinqə icazə verilməsinə görə Bakı meriyasından izahat tələb etməlidir”.

Q.Həsənquliyev ölkədə sərbəst toplaşmaq azadlığının işləməsinin tərəfdarı olduğunu da deyib: “Sadəcə olaraq martın 19-dan sonra aksiyalar keçirilə bilər. Hər gün keçirsinlər. Amma bu qanunla martın 19-dan sonra həyata keçirilməlidir. Çünki namizədlərin lehinə və ya əleyhinə təbliğat kampaniyasının başlama müddəti qanunda nəzərdə tutulub”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *