Dağıstanda məmur həbsləri davam edir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Kriminal, Dünya

Dağıstanda məmur həbsləri davam edir

Dağıstanda məmur həbsləri davam edir


Dağıstanda qaçaqmalçılarla əlaqədə şübhəli bilinən bölgənin gömrük xidmətinin rəis müavini Araz Qalimov saxlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” yerli hüquq mühafizə orqanlarında olan mənbəyə istinadən məlumat yayıb.

“Hüquq mühafizə orqanları respublikanın gömrük xidməti rəisinin müavini Araz Qalimovun evində axtarış aparıb. Axtarışdan sonra o, saxlanılıb” - deyə mənbə bildirib.

Onun sözlərinə görə, gömrük xidmətinin rəis müavini Rusiya-Azərbaycan sərhədindən qaçaqmalçılıqda şübhəli bilinir.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin “Həqiqət və Ədalət” adlı 5-ci mediaforumunda etdiyi çıxışda, Dağıstanda korrupsiyayla mübarizənin davam etdiriləcəyini bəyan etmişdi

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *