Afrində türk əsgərinə qarşı DƏHŞƏTLİ PLAN ÜZƏ ÇIXDI: “Ölüm bölgəsi” və ağlagəlməz hiylə » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Dünya

Afrində türk əsgərinə qarşı DƏHŞƏTLİ PLAN ÜZƏ ÇIXDI: “Ölüm bölgəsi” və ağlagəlməz hiylə

Afrində türk əsgərinə qarşı DƏHŞƏTLİ PLAN ÜZƏ ÇIXDI: “Ölüm bölgəsi” və ağlagəlməz hiylə


YPG terror təşkilatının Suriyanın Afrin bölgəsində Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusuna (ASO) qarşı hazırladığı hiyləgər planı ortaya çıxıb.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, terror təşkilatının “Zeytun budağı” əməliyyatını ləngitmək məqsədiylə “tank xəndəkləri” qazdığı məlum olub.

Agentliyə danışan təhlükəsizlik mütəxəssisi Abdullah Ağar YPG/PKK terror təşkilatının yaratdığı istehkamların hər birinin həm taktiki, həm əməliyyat, həm strateji, həm də geostrateji mənasının olduğunu söyləyib. Ağar Afrin çölündə yaradılan istehkamların geosiyasi məqsədlərə xidmət edən geostrateji xarakterə sahib olduğunu vurğulayıb.



“Ələ keçirilən ərazilərdə tank xəndəklər var. Onlar 3 metr genişliyində və 5 metr dərinliyindədir. Bunlar əlaqə xəndəkləri deyil, tanklar üçün xüsusi hazırlanmış xəndəklərdir. Onları niyə qazıblar? Məqsəd xəndəkləri keçə bilməyəcək tankları və digər zirehli texnikanı istədikləri səmtə istiqamətləndirərək yaratdıqları ölüm bölgələrində tank əleyhinə raketlər və güclü partlayıcılarla məhv etməkdir. PKK-nın belə bir niyyəti və məqsədi var. Maneələr, partlayıcılar və yeni silahlarla hərəkatın sürətini azaltmaq istəyirlər. Bundan başqa, PYD/PKK terror təşkilatı vətəndaşları da canlı qalxan kimi istifadə edirlər”, - təhlükəsizlik mütəxəssisi bildirib.



Abdullah Ağar bu planın YPG/PKK ağlının məhsulu olmadığını, planın arxasında bir qərargah ağlının olduğunu deyib. Onun sözlərinə görə, müdafiə istehkamları terror təşkilatın 5-6 illik işinin nəticəsidir.

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *