Xruşşovun nəticəsi Putini pislədi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Xruşşovun nəticəsi Putini pislədi

Xruşşovun nəticəsi Putini pislədi


Keçmiş SSRİ-nin rəhbərlərindən olmuş Nikita Xruşşovun nəticəsi, Nyu-York Yeni Məktəbinin Beynəlxalq münasibətlər kafedrasının professoru Nina Xruşşov Rusiya prezidenti Vladimir Putin haqqında diqqətçəkici açıqlamalar verib.

ANS PRESS-in məlumatına görə o, Reuters agentliyi üçün "Çar Vladimir Putin həmişə haqlıdır" başlıqlı məqaləsində yazıb: "İstər imperator Romanov olsun, istərsə də sovet komissarı və ya prezident Vladimir Putin olsun, bunların fərqi yoxdur, Rusiyada ənənəvi sərt rejim davam edir. Rusiyalılar hesab edirlər ki, onların liderləri səhvsiz hərəkət edirlər. Ancaq məntiqin əksinə olaraq, zülm narazılıq doğurur. Rus xalqı tarixdə bir neçə dəfə ən pis zülmkarlıqları yaşayıb deyə, hakimiyyətin dəyişməsinin apokalipsis qorxusuna meyillidir."

Onun sözlərinə görə, rus xalqı daimi sədaqəti ilə "güclü ələ" sahib hökmdarı sınayır, plüralistik demokratiyaya etibarsızlıq göstərir. Bundan başqa, nə vaxt ki, Birləşmiş Ştatlar və ya Avropa İttifaqı Kremlin cəza siyasətindən narazılığını bildirir, rusiyalılar öz hökmdarının ətrafında birləşirlər. Necə ki, bu, indi özünü Putində göstərir. Optimist gözləntilər var idi ki, müxalifət lideri Boris Nemtsovun qətlindən sonra provokasiyalar böyüyəcək, Moskvada etirazlar "Putin rejimini devirə"cək. Buna çox arxayın olanlar var idi."

N.Xruşşov fikrini belə tamamlayıb: "On minlərlə insan Kreml hakimiyyətini təhdid etmək üçün yox, Nemtsovun xatirəsinə hörmətlərini göstərmək üçün küçələrə çıxdı. Milyonlarla insan mövcud rejimi dəstəkləyir və xaosdan qorxur. Onlar düşünürlər ki, bu, Putinin gedişi ilə başlaya bilər."

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *