Türkiyə Əsədin Afrinə ordu yeritmək planı haqda » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Türkiyə Əsədin Afrinə ordu yeritmək planı haqda – YENİLƏNİB

Türkiyə Əsədin Afrinə ordu yeritmək planı haqda

Dəməşqin Türkiyə silahlı qüvvələrinin hazırda "Zeytun budağı" əməliyyatı apardığı Afrin şəhərinə qoşun yeritməsi, Suriyanın parçalanmasına gətirib çıxara bilər.

TASS xəbər verir ki, bunu bazar ertəsi Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ Ankarada keçirilən mətbuat konfransında deyib.

"Biz bütün istiqamətlər üzrə bu xəbərləri izləyirik. Rejim qüvvələrinin Afrinə daxil olacağına dair xəbərlər əsassızdır. Əgər Suriya kürdləri PYD/YPG terrorçularından qorumaq üçün Afrinə qoşun yeritsə, bu fəlakətə səbəb olacaq. Bu hücum həmçinin Suriyanın parçalanmasına gətirib çıxaracaq", - deyə Bozdağ bildirib.

***15:43

Yaxın saatlarda Suriya xalq qüvvələri dəstələri Afrində Türkiyə Hərbi Qüvvələrinin əməliyyatlarına qarşı şəhərə daxil olacaqlar.

Suriyanın "SANA" agentliyi hazırda Suriya xalq qüvvələrinin Afrinə daxil olmağa hazırlaşdıqları barədə xəbər yayıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində məhv edilən terrorçuların sayı 1641-ə çatıb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Mənbə: TASS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *