İraq qoşunları Səudiyyə Ərəbistanı sərhədlərində » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Dünya

İraq qoşunları Səudiyyə Ərəbistanı sərhədlərində

İraq qoşunları Səudiyyə Ərəbistanı sərhədlərində


İraq ordusu Səudiyyə Ərəbistanı sərhədi yaxınlığında yerləşən səhralıq ərazini İŞİD terrorçu qruplaşmasının yaraqlılarından təmizləmək üçün əməliyyata başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Al-Sumaria” telekanalı iraqlı hərbi komandir, general-mayor Mahmud əl Fələhiyə istinadən məlumat yayıb.

Komandirin sözlərinə görə, irimiqyaslı əməliyyata polis, sərhəd qüvvələri ilə yanaşı, yerli qəbilələrdən olan könüllülər də qoşulub, ölkənin hərbi hava qüvvələri və beynəlxalq koalisiya əməliyyatın gedişatına havadan dəstək göstərir.

Əl-Fələhiyə bildirib ki, əməliyyatın məqsədi terrorçuların səhralıq ərazilərdə olan son sığınacaqlarını da məhv etməkdir.

Ötən ilin dekabr ayında İraq lideri Heydər əl Abadinin İŞİD üzərində böyük qələbəni elan etməsindən bir müddət əvvəl İraq qoşunları Suriya sərhədi yaxınlığında yerləşən Ənbər vilayətini “xilafətin” yaraqlılarından təmizləmişdi.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *