Bağla

AzNews.info



Bölmə: Siyasət, Sosial, Video

Seçkiqabağı Abidin Fərzəliyev iqtidara təzyiq üçün Kremlə “yem” verdi – VİDEO

Seçkiqabağı Abidin Fərzəliyev iqtidara təzyiq üçün Kremlə “yem” verdi

Abidin Fərzəliyev istisna icra başçısıdır ki, Azərbaycan vətəndaşlarını Rusiya prezidenti Vladimir Putindən imdad diləməyə təhrik edib.
Bakının Nərimanov rayonuna rəhbərlik edən A.Fərzəliyev prezident İlham Əliyevlə qohumluq əlaqələrinə malik olsa da, ölkə başçısını Moskvanın siyasi kluarlarında başıaşağı etməkdədir.
Söhbət gözdən əlillərə ayrılan evlərin başqalarına satılmasından sonra yerli orqanlardan əlini üzən və 7 ildir ki, problemini həll edə bilməyən insanların Putinə müraciətindən gedir.

Anaxeber.Az-ın məlumatına görə, A.Fərzəliyevin Rusiya dövləti tərəfindən ordenlə təltif olunması faktını əldə əsas tutan gözdən əlillər V.Putinə məktub yazaraq bu şəxsin kimliyini rus prezidentin nəzərinə çatdırıblar.
Nərimanovun icra başçısı isə Azərbaycan dövlətini, vətəndaşını və prezidentini Kremlin qabağında utancverici vəziyyətə salıb.
Rusiyanın heç bir vilayət rəhbəri və ya meri öz vətəndaşını o həddə çatdırmaz ki, Trampdan yaxud Lukaşenkodan və ya Merkeldən kömək istəsinlər. Heç bir rus məmuru bunu özünə sığışdırmaz, qüruru yol verməz, dövlətini, vətəndaşını başıaşağı etməz.
Ancaq Azərbaycanda A.Fərzəliyev bütün qırmızı xətləri tapdalayaraq gözdən əlillərə tikilmiş binadan mənzilləri başqasına satıb pul qazanmağı üstün tutur, nəinki Putinə yazmağın qarşısını almağı...
Hər halda belə bir icra başçısının Bakının strateji rayonlarıdan birində rəhbər postda saxlanması prezident İ.Əliyevin də reputasiyasına pozitiv dividend gətirmir.
A.Fərzəliyev isə ölkə rəhbərliyi ilə yaxınlıqdan sui-istifadə edərək vətəndaşlarına qarşı olmazın qanunsuz işlərə imza atmaqdan çəkinmir. Nəticə isə göz qabağındadır - biçarə gözdən əlil Putinə üz tutur.
Bu problemin həm də bir mənəvi tərəfi var. İstərsə Nərimanov icra başçısı ola, istərsə həmin binadakı mənzillərin satmaqda iştirak edənlər ola, onların yaşamağa komfort evləri, şəraitləri, ailələrinin isti yuvaları var. Ancaq 7 ildir gözdən əlillər çöllərdə qalıb, həyat işığından məhrum olan bu insanlar heç olmasa mənzillərinə köçməklə bir rahatlıq tapa bilmirlər.

İcra başçısı isə gözdən əlillərin evinə göz dikərək 8 milyonluq korrupsiyanı Kremlin dəhlizlərinə qədər daşıyıb.
Rusiya sərhədlərini aşan bu hadisə heç də sükutla qarşılanmayacaq. Putinə çatacaq məktuba reaksiya veriləcək.
Seçkiqabağı Moskvanın əlinə sosial problemlərlə bağlı dosye verdirən A.Fərzəliyevin bu məsələyə görə siyasi rəhbərlik tərəfindən cəzalandırılacağı da gözləniləndir.
Rusiya Azərbaycana təzyiq etmək üçün hər addımda bəhanə gəzir. Nərimanovun icra hakimi isə gözdən əlilləri qəbul edə, şikayətini dinləyə, problemini yoluna qoya bilərdi.

Hər halda mümkün deyil ki, çıxış yolu yoxdur. Sadəcə, vətəndaşlara qarşı laqeyd münasibət, saymazlıq bu səviyyəyə gətirib çıxarıb.
Di indi, Kremlin siyasi kluarlarında Azərbaycanda gələn məktub müzakirə olunacaq və Fərzəliyev “sağ olsun” rəsmi Bakıya qarşı şimal qonşu üçün yaxşı “yem” verib.
Bu, böyük siyasi xətadır və Azərbaycan hakimiyyəti tərəfindən olduqca qəzəblə qarşılanacaq.
Çünki seçkiqabağı Moskvanın onsuz da təzyiq rıçaqlarını işə salacağı istisna edilmir və bu ərəfədə gözdən əlillərin dərd-səri şimal sərhədlərini aşaraq Putinə çatır.
Amma...amma təkcə gözdən əlillərin şikayət deyil. Solmaz Talıbzadə deyir ki, Nərimanov RİH-nə 10-cu dəfədir gəlir:
“Özüm də, qızım da gözdən əlilik. Böyrəyim xəstədir, şəkərim, təzyiqim var, əməliyyat olunmalıyam. Ailədə beş nəfərik, küçələrdə qalmışıq, evimiz-eşimiz yoxdur.
Məni Səmiyə Şahmarın, Şahmar Səmiyənin üstünə göndərir. (RİH məmurları - red) Mənə 50 manat pul verib deyirlər ki, get. Bu 50 manat heç dərman pulu eləmir.
Məni polislə hədələyir, qorxudurlar ki, bir də icra hakimiyyətinə gəlməyim. Bəs mən hara gedim? Cənab İlham Əliyev, yalvarıram kömək edin”,-deyə göz yaşları içərisində yaşlı ana reportyor.org-a danışır.

Onun sözlərinə görə, Nərimanov RİH başçısının müavini Şahmar İbadov onu yola verir:
“Deyirlər ki, gözlə, yaxşı olacaq. Haçana qədər gözləyək, bilmirik. Nə qədər gözlmək olar? Onlar bu vəziyyətə düşsəydilər gözləməzdilər”.
Bax belə...Fərzəliyevin zülmündən və özbaşınalıqlarından cana doymuş insanlar dünyaya car çəkirlər.
İndi Rusiya mediası da Fərzəliyevin istibdadı altında inildəyən insanların dərdini işıqlandırsa, artıq icra başçısı Azərbaycana nə boyda pislik etdiyini anlayacaq.

Mənbə: Anaxeber.az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *