Bağla

AzNews.info



Bölmə: Siyasət

Rəsmi Kiyev Saakaşvilini ölkədən çıxarır

Rəsmi Kiyev Saakaşvilini ölkədən çıxarır

Ukraynanın hakimiyyət orqanları Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşavilini yaxın bir həftə ərzində ölkədən xaric edəcək.

Bu barədə məlumatı Ukrayna KİV-i güc strukturlarındakı mənbələrə istinadən yayıb.

Bildirilir ki, M.Saakaşvilinin deportasiyasına dair hazırlıqlar xüsusi əməliyyat formatında keçirilir. "Gürcüstanlıların bir neçə gün əvvəl müşahidə etdiyimiz xaric edilməsi bu hazırlığın bir elementidir. Lakin əsas fərq odur ki, M. Saakaşvili Gürcüstana yox, 3-ü ölkəyə xaric ediləcək", - deyə mənbə bildirib.

Bir müddət əvvəl Ukrayna Ali İnzibati Məhkəməsi M. Saakaşvilinin prezident Petro Poroşenkonun istefaya göndərilməsinə dair iddiasını təmin etməyib.

Mənbə: Report

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *