Sergey Lavrov: “Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu heç kimi razı salmır” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Sergey Lavrov: “Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu heç kimi razı salmır”

Sergey Lavrov: “Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu heç kimi razı salmır”

"Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu heç kimi razı salmır, bu münaqişənin həlli yollarını axtarmalıyıq".

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündən sonra Bakıda keçirilən brifinqdə deyib.

"Vasitəçi kimi münaqişənin son görüşlərdə əldə olunmuş və hamını razı salan razılaşmalar əsasında həlli üçün yollar axtarmağa davam edəcəyik", - S.Lavrov qeyd edib.

Rusiya XİN başçısı bildirib ki, diplomatiya Dağlıq Qarabağ münaqişəsinin hər iki tərəfi üçün məqbul olan yanaşmalar aşkar etməyə qadirdir.

"Nizamlama prosesində irəliləyişə nail olmaq üçün tələb edilən bütün addımlar, tədbirlər, razılaşmalar dəsti masa üzərindədir. Bu dəst 1997-ci ildən etibarən, sonra 1999-cu ildə dəfələrlə həmsədrlər tərəfindən ümumiləşdirilib, ardından 2011-ci ildəki sənədlər olub. Onlardan çoxu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının arxivindədir", - S.Lavrov deyib.

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *