Bağla

AzNews.info



Bölmə: Siyasət, Hadisə

Çingiz Qənizadə Hacı Qalibə qarşı şikayətini geri götürdü

Çingiz Qənizadə Hacı Qalibə qarşı şikayətini geri götürdü

Millət vəkili Çingiz Qənizadə sabiq deputat, Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadəyə qarşı xüsusi ittiham qaydasında şikayətini geri götürüb.

Bu barədə KİV-ə Ç. Qənizadənin vəkili Raqif Mustafayev məlumat verib. O deyib ki, Q. Salahzadə Ç. Qənizadənin məhkəməyə müraciət etməsindən sonra mətbuatda işlətdiyi sözlərdən imtina edib və buna görə də Ç. Qənizadə şikayətini geri götürmək qərarına gəlib: "Çingiz müəllim gördü ki, bu qeyri-ciddi adamdır, ona görə “belə bir adamı məhkəməyə verməyə dəyməz” dedi".

APA xatırladır ki, Ç. Qənizadə Qalib Salahzadənin Cinayət Məcəlləsinin 147.1 (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) maddəsi ilə ittiham olunması üçün məhkəməyə müraciət edib.

Buna səbəb son vaxtlar Q. Salahzadənin Ç. Qənizadəyə qarşı mətbuatda ittihamlar səsləndirməsidir.

Şikayətə Sabunçu Rayon Məhkəməsində baxılırdı.

Mənbə: APA

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *