Səfir: Azərbaycan Almaniyanın regionda ən vacib tərəfdaşıdır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Səfir: Azərbaycan Almaniyanın regionda ən vacib tərəfdaşıdır

Səfir: Azərbaycan Almaniyanın regionda ən vacib tərəfdaşıdır


Azərbaycan Almaniya üçün Cənubi Qafqaz regionunda ən vacib tərəfdaşdır.

AzNews.info-nun APA-ya istinadən xəbərinə görə, bunu Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Mixael Kindsqrab deyib.

Səfir son zamanlarda yaşanan iqtisadi böhranın Azərbaycanla ticarət sahəsinə də öz təsirini göstərdiyini təəssüflə qeyd edib.

Diplomat bildirib ki, buna baxmayaraq, alman şirkətləri gələcəkdə də Azərbaycan şirkətlərinin tərəfdaşı olmaq istəyirlər:

“Bu il Almaniya və Azərbaycan arasında iqtisadi biznes forumu təşkil olunacaq. Bu forumda çoxsaylı Almaniya şirkətləri iştirak edəcək. Bundan başqa, bu ilin payızında Berlində Azərbaycan və Almaniya arasında təsis olunmuş yüksək səviyyəli işçi qrupunun növbəti iclası gözlənilir. Bu iclasda gələcək iqtisadi layihələr müzakirə olunacaq”.

Azərbaycanın gələcək iqtisadi inkişafına inamını ifadə edən səfir bildirib ki, alman şirkətləri bu inkişafa öz töhfəsini verəcək.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *