Hafiz Hacıyevin qızı avtoşluğa görə saxlanılıb? » AzNews.info -Xəbər portalı

Hafiz Hacıyevin qızı avtoşluğa görə saxlanılıb? – YENİLƏNİB

Hafiz Hacıyevin qızı avtoşluğa görə saxlanılıb?


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin qızına məxsus avtomobilin ötən gecə cərimə meydançasına aparılması ilə bağlı məlumat yayılıb.

AzNews.info xəbər verir ki, H. Hacıyev məsələ ilə bağlı Qafqazinfo-ya açıqlama verib.

O qeyd edib ki, onun Fatimə Hacıyeva adlı qızı yoxdur: “Bunlar mənə qarşı şər kampaniyasının tərkib hissəsidir. Qızımın heç avtomobili də yoxdur. Kimsə mənə böhtan atır”.

10:38

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin qızına məxsus avtomobil cərimə meydançasına aparılıb.

AzNews.info Yenicag.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı yol polisindəki mənbə verib.

Məlumata görə, 20 yaşlı Hacıyeva Fatimə Hafiz qızı gecə saatlarında idarə etdiyi qara rəngli “Hyundai İX-35” markalı avtomobillə restoranlardan birindən çıxıb. O, “Azneft” dairəsində Dəniz vağzalı istiqamətində hərəkətdə olarkən “Toyota Avalon” və “Niva” markalı avtomobillərlə ötüşməyə başlayıb.

Yol-patrul xidmətinin əməkdaşlarına avtomobilləri saxlamaq göstərişi verilib. Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin naryadı ötüşən avtomobilləri saxlayıb. Hər üç avtomobil cərimə meydançasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. Fatimə Hacıyevanın cəzasını məhkəmə müəyyənləşdirəcək.

Hafiz Hacıyevin qızı avtoşluğa görə saxlanılıb?

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *