Elmar Məmmədyarov: Qoşulmama Hərəkatı beynəlxalq sülhün qorunmasında önəmli rol oynayır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Elmar Məmmədyarov: Qoşulmama Hərəkatı beynəlxalq sülhün qorunmasında önəmli rol oynayır

Elmar Məmmədyarov: Qoşulmama Hərəkatı beynəlxalq sülhün qorunmasında önəmli rol oynayır


Xarici işlər naziri Elmar Məmmədyarov “Birtərəfli tədbirlərinin yayılması və tətbiqinin beynəlxalq hüquq və bu tədbirlərə məruz qalan xalqların haqlarını pozması” üzrə Qoşulmama Hərəkatının Nazirlər Görüşündə çıxış edib.

Xarici İşlər Nazirliyindən Oxu.Az-ya bildirilib ki, E. Məmmədyarov BMT-dən sonra ikinci böyük dövlətlər qrupu olan Qoşulmama Hərəkatının beynəlxalq sülh və təhlükəsizliyin qorunub-saxlanılmasında və regional təhlükəsizlik, sosial və iqtisadi inkişaf kimi məsələlər də daxil olmaqla, geniş məsələlər dairəsinin müzakirəsində önəmli rol oynadığını deyib.

Nazir əlavə edib ki, Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərdə ədalət və qanunun aliliyinin sadiq müdafiəçisidir. Qoşulmama Hərəkatı beynəlxalq problemlərin müzakirə edilməsində müxtəlif ideologiyaların təqdimatı baxımından səmərəli və dinamik platformadır: “İnkişaf etməkdə olan ölkələrə qarşı istifadə edilmiş birtərəfli məcburetmə tədbirləri beynəlxalq hüquqa, BMT Nizamnaməsinə, dövlətlərarası münasibətlərin sülh yolu ilə uzlaşdırılmasını təmin edən norma və prinsiplərə ziddir və dövlətlər arasında dialoq və siyasi anlaşma ruhuna xələl gətirir. Bu, beynəlxalq sülh və təhlükəsizliyin, eləcə də, suveren dövlətlərin daxili işlərinə qarışmama prinsipinin pozulmasını əks etdirir.

Birtərəfli məcburetmə tədbirləri bu tədbirə məruz qalmış dövlətin əhalisinin iqtisadi və sosial inkişafının qarşısını alır və insanların hüquqlarına, ərzaq və səhiyyə xidmətləri, yaşayış yerinin təmin edilməsi və zəruri sosial xidmətlər da daxil olmaqla, xüsusilə insanların sağlıq və rifahı baxımından standart yaşayış hüquqlarına mənfi təsir göstərir”.

Nazirin sözlərinə görə, “Dayanıqlı İnkişaf Gündəliyi-2030” sənədində əks olunmuş davamlı inkişaf yolunun uğurla başladılması birtərəfli məcburetmə tədbirləri tətbiq olunan dövlət üçün mümkünsüzdür. İqtisadi və insan inkişafı baxımından birtərəfli məcburetmə tədbirləri Dövlətin Dayanıqlı İnkişaf Məqsədlərinin uğurlu icrası istiqamətində resursların mərkəzləşdirilməsi qabiliyyətini məhdudlaşdırır və xələl gətirir: “Bunu nəzərə alaraq, Azərbaycan "Expo-2025"-ə ev sahibliyi etmək üçün müraciət etmişdir. Biz bu seçkilərdə Qoşulmama Hərəkatından Beynəlxalq Sərgilər Bürosuna yeganə namizəd olan Azərbaycanın namizədliyinin Hərəkata üzv dövlətlər tərəfindən dəstəklənməsinə ümid edirik.

Bu baxımdan, Azərbaycan münaqişələri sülh yolu ilə nizamlanmasının təşviq edilməsi məqsədilə dialoq platformasının əhəmiyyətini və bu xüsusda, münaqişə tərəfləri arasında konstruktiv dialoqu dəstəkləyir.

İnanırıq ki, problemin həll edilməsində əsas məsələ dövlətlərin xoş niyyəti və qarşılıqlı məqbul güzəştlərin tapılmasına hazır olmasıdır”.

E. Məmmədyarov bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatının prinsip və məqsədlərinə xüsusi diqqət ayırır. Müstəqil xarici siyasət yürütməklə və heç bir hərbi alyansa üzv olmamaqla, Azərbaycan beynəlxalq norma və prinsiplərin qorunmasında və milli və beynəlxalq səviyyədə demokratikləşmə, insan hüquqlarına və sosial ədalət prinsiplərinə hörmətin təkmilləşdirilməsi istiqamətində davamlı səylər göstərir.

“Qoşulmama Hərəkatının məqsəd və prinsiplərinin güclü dəstəkləyicisi olaraq, Hərəkata üzv dövlətləri Azərbaycana Nazirlər Şurasının iclasında iştiraka dəvət etməkdən məmnunluq duyuram. Biz iclasın keçirilməsi tarixi kimi 2018-ci ilin aprel ayını təklif edirik və məsələ ilə bağlı müvafiq Nota üzv dövlətlər arasında yayılıb. Ümid edirəm ki, sizin yekdil dəstəyinizlə gələn il xarici işlər nazirləri səviyyəsində Bakıda yenidən görüşəcəyik”, - deyə nazir çıxışını yekunlaşdırıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *