Gürcüstanın hakim partiyası azərbaycanlını Marneuli meri vəzifəsinə namizəd irəli sürüb » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Gürcüstanın hakim partiyası azərbaycanlını Marneuli meri vəzifəsinə namizəd irəli sürüb

Gürcüstanın hakim partiyası azərbaycanlını Marneuli meri vəzifəsinə namizəd irəli sürüb


Gürcüstanın “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyası bələdiyyə seçkiləri ilə bağlı namizədlərinin siyahısına dəyişiklik edib.

AzNews.info Report-un Gürcüstan bürosu xəbər verir ki, hakim partiya Marneuli Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə namizədini dəyişib. Marneulidən əvvəlcə Amiran Giorqadzenin namizədliyi irəli sürülsə, də bu gün namizədlərin siyahısında dəyişiklik olunub.

Bu vəzifəyə Tbilisidə anadan olmuş, Gürcüstanın Azərbaycandakı səfirliyində çalışmış Teymur Abbasovun (Temuri Abbazovi) namizədliyi irəli sürülüb.

Hakim partiyadan “Report”un yerli bürosuna bildiriblər ki, əvvəlcə siyahı tərtib olunarkən bəzi amillər nəzərə alınmayıb. Lakin müzakirələrdən sonra azərbaycanlıların yığcam yaşadıqları bölgələrdən azərbaycanlı namizdələrin irəli sürülməsi barədə qərar qəbul olunub.
Hakim partiyanın siyahısında digər dəyişikliklərin də olunacağı istisna olunmur.

Qeyd edək ki, hazırda “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının siyahısında Rustavi şəhərinin meri vəzifəsinə İrakli Tabağua, Qardabani Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə Ramaz Budaqaşvili, Bolnisi Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə Davit Şerazadişvili, Dmanisi Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə Giorgi Tatuaşvili, Tsalka şəhərinin meri vəzifəsinə İlya Sabadze, Tetritskaro şəhərinin meri vəzifəsinə isə Giorgi Koridzenin adları əksini tapıb.

Ermənilərin sıx yaşadıqları Samtsxe-Cavaxetiya regionunda isə “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyası iki nəfər erməni əsilli vətəndaşın namizədliyini irəli sürüb.
Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər oktyabrın 21-də keçiriləcək.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *