NATO Türkiyə Rusiya münasibətlərinə reaksiya verib » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

NATO Türkiyə Rusiya münasibətlərinə reaksiya verib

NATO Türkiyə Rusiya münasibətlərinə reaksiya verib


Türkiyənin Rusiyadan “S-400” kompleksləri alması heç də Ankaranın NATO-dan uzaqlaşmasını və ya Rusiya ilə yaxınlaşmasını təsdiqləmir.

AzNews.info APA-ya istinadən xəbər verir ki, bu barədə NATO baş katibinin diplomatiya üzrə köməkçisi Taçan İldem bildirib.

“Türkiyənin Rusiyadan “S-400” kompleksləri almasına gəlincə, düşünmürəm ki, bu Türkiyənin NATO və qərb təsisatlardan uzaqlaşmasını və Rusiya ilə yaxınlaşmasını təsdiqləyir. Çünki, Türkiyə rəhbərliyi Ankaranın NATO-nun müttəfiqi olduğunu və həmişə olacağını aydın şəkildə bəyan edib”, - deyə İldem qeyd edib.

Qeyd edək ki, Ankara və Moskva arasında Rusiya istehsalı olan “S-400” zenit- raket komplekslərinin alınmasına dair saziş imzalanıb. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “S-400” komplekslərinə görə Ankaranın ilkin ödəniş etdiyini bəyan edib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *