Bağla

AzNews.info



Bölmə: Siyasət, Hərbi

Azərbaycan və Rusiya hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirəcək

Azərbaycan və Rusiya hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirəcək


Azərbaycan və Rusiya hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.

AzNews.info xəbər verir ki, bunu APA-nın Moskva müxbirinin Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, bunu Moskvada səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib.

“Əməkdaşlığımız hərbi sahənin bir çox istiqamətlərində inkişaf edir – hərbi-texniki, hərbi təhsil, birgə təlimlər və məşqlər sahəsində. Hesab edirəm ki, perspektivlərimiz genişdir və biz gələcəkdə bu əməkdaşlığı genişləndirmək niyyətindəyik”, - deyə Z.Həsənov bildirib.

Z.Həsənov, Rusiya və Azərbaycanın Xəzər dənizində birgə təlimlər keçirdiyini xatırladıb: “Bundan başqa, Azərbaycandan xeyli zabit və kursant Rusiyanın hərbi təhsil müəssisələrində təhsil alır. Azərbaycan ordusunun arsenalında xeyli Rusiya istehsalı olan texnika var”.

Nazir Beynəlxalq Ordu Oyunlarının təşkilini yüksək qiymətləndirərək, dörd ölkənin Hərbi-Hava Qüvvələrinin iştirak etdiyi “Xəzər Kuboku”nun Azərbaycanda keçirildiyini xatırladıb.

Mənbə: APA

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *