Aleksandr Səmədovdan Zəhra ilə bağlı PAYLAŞIM » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, İdman, Futbol, Foto

Aleksandr Səmədovdan Zəhra ilə bağlı PAYLAŞIM – FOTO

Aleksandr Səmədovdan Zəhra ilə bağlı PAYLAŞIM


Rusiya millisi və “Spartak” komandasının azərbaycanlı futbolçusu Aleksandr Səmədov şəxsi Instagram səhifəsində ermənilər tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhra ilə bağlı paylaşım edib.

Oxu.Az-ın xəbərinə görə, şəkil xüsusi “Tarix” bölməsində yerləşdirilib.

Fotoda Azərbaycan bayrağı, uşaq oyuncağı və Justice for Zahra və Pray for Zahra yazıları qeyd olunub.

Aleksandr Səmədovdan Zəhra ilə bağlı PAYLAŞIM


Xatırladaq ki, iyulun 4-də Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri növbəti dəfə təcavüzkar əməllərini davam etdirərək, beynəlxalq humanitar hüquq normalarınının tələblərini kobud surətdə pozub.

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin dinc əhalisini və yaşayış yerlərini qəsdən məhv etmək məqsədilə mina və qumbaraatanlarla atəşə tutaraq növbəti təxribat törədib”.

Nəticədə Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alıb, yaşayış yerlərinə külli miqdarda zərər dəyib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *