Türkiyə Ermənistanın Azərbaycana hücumunu pisləyib » AzNews.info -Xəbər portalı

Türkiyə Ermənistanın Azərbaycana hücumunu pisləyib

Türkiyə Ermənistanın Azərbaycana hücumunu pisləyib


Türkiyə Xarici İşlər Nazirliyi iyulun 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin minaatanlar və qumbaraatanlardan atəşə tutulması nəticəsində iki Azərbaycan vətəndaşının həlak olması, birinin yaralanması ilə bağlı bəyanat yayıb.

SalamNews-un “Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, qardaş ölkənin xarici siyasət idarəsi bu hadisəni pisləyib.

"4 iyul günü saat 20:40 radələrində Azərbaycanın Füzuli rayonunda yerləşən Alxanlı kəndinin Ermənistan Silahlı Qüvvələri tərəfindən minaatanlar və qumbaraatanlardan atəşə tutulmasını və bunun nəticəsində kənd sakinlərindən 50 yaşlı qadın ilə 2 yaşındakı nəvəsinin həyatlarını itirmələri ilə bağlı hadisəni şiddətlə pisləyirik.

Türkiyə bu xain hücumda həyatlarını itirmiş azərbaycanlılara Allahdan rəhmət diləyir, ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı verir, yaralanan Azərbaycan vətəndaşına tez zamanda şəfa tapmasını arzulayır.

Bu mənfur hadisə, Azərbaycanın torpaqlarının beşdəbirini işğal altında saxlayan Ermənistanın sərhəd bölgələrində ağır silahlarla törətdiyi təxribatlar beynəlxalq hüquqa və bəşəri dəyərlərə ziddir. Vətəndaşları, xüsusilə qadın və uşaqları da hədəfə aldığını bütün açıqlığı ilə göstərmişdir.

Ermənistanın şüurlu şəkildə, sistematik olaraq icra etdiyi bu siyasət Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin önündəki ən böyük maneədir. Beynəlxalq ictimaiyyət bunu anlamalı və Ermənistana işğal etdiyi torpaqlardan çəkilməsi üçün lazımi təzyiqi göstərməlidir.

Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupunun bir üzvü olaraq, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli şəkildə həll edilməsi istiqamətindəki səyləri dəstəkləməyə davam edəcək.", - bəyanatda deyilir.

Mənbə: SalamNews.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *