Zakir Həsənov bir qrup hərbi qulluqçuya polkovnik rütbəsi verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Foto

Zakir Həsənov bir qrup hərbi qulluqçuya polkovnik rütbəsi verdi – FOTO

Zakir Həsənov bir qrup hərbi qulluqçuya polkovnik rütbəsi verdi


Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ərəfəsində bir qrup zabitə növbəti “polkovnik” hərbi rütbəsi verilib.

Bu barədə Oxu.Az-a Müdafiə nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbir ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Müdafiə nazirinin müvafiq əmrləri şəxsi heyətə çatdırıldıqdan sonra general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrdə görülən irimiqyaslı quruculuq işlərindən və həyata keçirilən ardıcıl tədbirlərdən danışıb.

Nazir vurğulayıb ki, dövlətin orduya göstərdiyi bu yüksək diqqətə cavab olaraq şəxsi heyət üzərinə düşən vəzifə borcunu vicdanla yerinə yetirməli, xalqın və dövlətin etimadını doğrultmaq üçün bütün vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlməlidir.

Zakir Həsənov bir qrup hərbi qulluqçuya polkovnik rütbəsi verdi

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *