Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərləri Bakıda görüşəcəklər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərləri Bakıda görüşəcəklər

Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərləri Bakıda görüşəcəklər


Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin yaxın zamanlarda üçtərəfli görüşü keçiriləcək.

AzNews.info News.az-a istinadən məlumat verir ki, Elmar Məmmədyarov, Mixail Canelidze, və Mövlud Çavuşoğlunun görüşü Bakıda baş tutacaq.

Məlumata əsasən, üçtərəfli görüş çərçivəsində regional əməkdaşlığın ümumi maraqlar üzrə inkişaf perspektivləri, regional stabillik və təhlükəsizliyin möhkəmləndirilməsi, həmçinin əvvəlki görüşlərdə qəbul olunan qərarların müzakirələri həyata keçiriləcək.

Xatırladaq ki, bu, üç ölkənin xarici işlər nazirlərinin Altıncı Üçtərəfli Görüşüdür.

Azərbaycan, Türkiyə və Gürcüstanın XİN rəhbərlərinin daha öncəki görüşü 19 fevral 2016-cı il tarixində, Gürcüstanın paytaxtı Tbilisidə baş tutub.

Məlumata əsasən, yaxın zamanlarda Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin də üçtərəfli görüşü keçiriləcək.

Mənbə: News.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *