Amerika təyyarəsi Xankəndinə endi: Ermənilər atəşlə oynayır » AzNews.info -Xəbər portalı

Amerika təyyarəsi Xankəndinə endi: Ermənilər atəşlə oynayır – VİDEO+FOTO

Amerika təyyarəsi Xankəndinə endi: Ermənilər atəşlə oynayır


Ermənistan Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində yaradılan aeroportda uçuşlarla bağlı festival keçirib.

AzNews.info-nun məlumatına əsasən, bu barədə Publika.az news.am-a istinadən xəbər verir.

Məlumata əsasən, aviasiya festivalı iyunun 17-də başlanıb.

Festivalın məqsədi xarici turistləri Dağlıq Qarabağa cəlb etməkdir.

Yüngül motorlu təyyarələrin iştirak etdiyi festivalın stendləri Yaponiyadan tutmuş, ABŞ-a qədər bir çox ölkədə nümayiş etdirilib. Festivalda Qarabağa qeyri-qanuni səfər edən əcnəbi turistlər də iştirak edib.

Diqqət çəkən məqam isə uçuşda qondarma DQR-in “bayrağı” rəngində olan təyyarənin Amerika istehsalı olan "CH 701" olmasıdır.

Uçuşlar işğal altındakı Şuşadan Xankəndi marşrutu üzrə həyata keçirilib.

Qeyd edək ki, İrəvan rejimi Xankəndi aeroportuna xarici təyyarələri qəbul etmək, eləcə də Ermənistan digər bölgələrindən bura uçuşları həyata keçirmək niyyətindədir. Lakin beynəlxalq konvensiyaya görə, Azərbaycanın işğal edilmiş ərazilərin hava məkanında uçan istənilən təyyarəni vurmaq hüququ var. Buna görə İrəvan planlarını təxirə salıb. Lakin bu festivalın gələcəkdə uçuşların həyata keçirilməsinə hazırlıq olduğu da istisna deyil.


Amerika təyyarəsi Xankəndinə endi: Ermənilər atəşlə oynayır
Amerika təyyarəsi Xankəndinə endi: Ermənilər atəşlə oynayır
Amerika təyyarəsi Xankəndinə endi: Ermənilər atəşlə oynayır

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Ultra-cool Nike running shoescheap nike air max 1 black
Have this running shoes you can go to the peak of life
Your fate is destined to need such a running shoes

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *