Ruhani prezident İlham Əliyevə məktub göndərib » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Rəsmi

Ruhani prezident İlham Əliyevə məktub göndərib

Ruhani prezident İlham Əliyevə məktub göndərib


İran İslam Respublikasının prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

AzNews.info AzərTAc-a istinadən bu barədə xəbər verir.

Məktubda deyilir: “Zati-aliləri.

İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin yaranmasının 25-ci ildönümü münasibətilə göndərdiyiniz təbrik məktubu mənə çatdırılıb və minnətdarlıqla qarşılanıb.

Mən də öz növbəmdə ölkələrimiz arasında diplomatik əlaqələrin yaranmasının 25-ci ildönümü münasibətilə Zati-alinizi səmimi qəlbdən təbrik edirəm.

İki dost və qardaş ölkə olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası ötən 25 il ərzində birgə mənafeyimiz uğrunda və qarşılıqlı hörmət əsasında əlaqələrimizin genişləndirilməsi sahəsində böyük addımlar atıb. Əmin olduğumu bildirirəm ki, xalqlarımızın ortaq maraqlarının olduğunu nəzərə alaraq, artan səylərimiz nəticəsində ölkələrimiz arasındakı gözəl qonşuluq münasibətləri ikitərəfli, regional və beynəlxalq səviyyələrdə maraqlarımızın təmin olunması istiqamətində daha da dərinləşəcək.

Bu fürsətdən istifadə edərək, Allah-Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının dövlətinə və xalqına isə rifah və başucalığı arzulayıram”.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *