Poroşenko İlham Əliyevi Ukraynaya dəvət edib » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Rəsmi

Poroşenko İlham Əliyevi Ukraynaya dəvət edib

Poroşenko İlham Əliyevi Ukraynaya dəvət edib


Ukraynanın Prezidenti Petro Poroşenko Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Oxu.Az-ın xəbərinə görə, təbrik məktubunun mətnində deyilir:

“Zati-aliləri.

Dövlət bayramınız – Respublika Günü münasibətilə Sizi Ukrayna xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Müstəqillik illərində Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirərək, qətiyyətlə yüksək inkişaf templəri nümayiş etdirir. Bu, şübhəsiz ki, Azərbaycan Respublikası üçün milli məsələ olan və Ukraynanın da bununla bağlı mövqeyinin dəyişilməz olduğu ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bərpası məsələsinin həllinə yardım edəcəkdir. Biz, həmçinin Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı Azərbaycanın mövqeyini yüksək qiymətləndiririk.

Qəti əminəm ki, Sizin Ukraynaya rəsmi səfəriniz, Ukrayna və Azərbaycan Prezidentləri Şurasının növbəti iclasının keçirilməsi ölkələrimizin xalqlarının rifahı naminə tərəfdaşlığımızın inkişafına güclü təkan verəcək. Fürsətdən istifadə edib, Sizin üçün münasib vaxtda Ukraynaya rəsmi səfərə dəvətimi təsdiq etmək istərdim.

Çox hörmətli cənab Prezident, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və firavanlıq arzu edirəm”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *