Kadırovun gəliri iki dəfə artıb » AzNews.info -Xəbər portalı

Kadırovun gəliri iki dəfə artıb

Kadırovun gəliri iki dəfə artıb


Çeçenistan rəhbəri Ramzan Kadırovun gəliri 2015-ci il ilə müqayisədə 2016-cı ildə iki dəfədən çox artaraq 11,46 milyon rubla çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə region administrasiyasının saytında dərc edilmiş deklarasiyada bildirilib.

2015-ci ildə siyasətçi altı milyon rubldan (106 min dollar) çox pul qazanıb. Yeni sənədə görə, Kadırov 2344,3 kvadrat metr sahəsi olan yaşayış evinə və 3668 kvadrat metr ərazisi olan sahəyə sahibdir. Onun arvadı və 12 uşağı 300 kvadrat metrlik evə sahibdirlər. Kadırovun nəqliyyat vasitəsi yoxdur.

Çeçenistan rəhbərinin arvadı M.Kadırova keçən il 2,1 milyon rubl (36 min dollar) qazanıb. Bundan başqa Kadırovun yetkinlik yaşına çatmayan 12 övladı 9,95 milyon rubl (175 min dollar) qazanıblar. Keçən il onların gəliri təxminən 200 min rubldan (4 min dollar) ibarət olub. Onların gəlir mənbəyi deklarasiyada qeyd edilməyib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *