Ərdoğan Vaşinqtonda səfərdədir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Rəsmi, Sosial

Ərdoğan Vaşinqtonda səfərdədir

Ərdoğan Vaşinqtonda səfərdədir


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın paytaxtındadır.

Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, “Endryus” aviabazasında Türkiyə dövlət başçısını ABŞ-ın Protokol xidmətinin nümayəndəsi Rozmari Pauli və Türkiyənin ABŞ-dakı səfiri Serdar Kılıç qarşılayıb.

ABŞ-a səfər zamanı Türkiyə prezidentini həyat yoldaşı Əminə Ərdoğan, ədliyyə naziri Bəkir Bozdağ, XİN rəhbəri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybekçi, energetika və təbii sərvətlər naziri Berat Albayraq və müdafiə naziri Fikri İşıq müşayiət edirlər.

Türkiyə prezidenti həyat yoldaşı ilə birgə Bler Haus iqamətgahına yola düşüb.

Ərdoğanı iqamətgahın qarşısına etnik türklərdən ibarət qrup qarşılayaraq onu salamlayıblar.

Türkiyə bayraqları ilə gələn qrup “Biz Türkiyəni sevirik”, “PKK-YPG/PYD-İŞİD terrorçularını durdurun”, “2,7 milyon suriyalı qaçqına dəstək üçün təşəkkürlər”, “İslamofobiyaya yol vermərik” yazılmış plakatlar tutublar.

ABŞ-a səfər zamanı Türkiyə və ABŞ prezidentlərinin danışıqları planlaşdırılıb. Bundan başqa, Ərdoğan biznes icmaların və QHT ekspert və liderləri ilə görüşlər keçirəcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *