Ukrayna ordusu itki verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Dünya

Ukrayna ordusu itki verdi

Ukrayna ordusu itki verdi


Ukrayna ordusu son bir gündə 3 əsgərini itirib, 7-si isə yaralanıb.

ANS PRESS-in məlumatına görə, ordu rəsmiləri bildiriblər ki, bundan əvvəlki iki gündə cəbhə xəttində ölüm halları qeydə alınmayıb, ancaq fevralın 27-də cəbhə xəttində və Donetsk hava limanı ətrafındakı kəndlərdə silahlı toqquşmalar davam edib.

Ukrayna prezidenti Pyotr Poroşenko ötən gün demişdi ki, əldə olunmuş atəşkəs rejiminə baxmayaraq, ölkənin şərqində təhlükə hələ də qalır.

Xatırladaq ki, Minskdə fevralın 12-də əldə edilmiş razılığa əsasən, tərəflər fevralın 15-dən atəşkəs elan etməli, iki gündən sonra isə ağır silahları geri çəkməli idilər. Lakin hər iki tərəf ağır silahların cəbhə xəttindən geri çəkilməsinə başlandığını desələr də, ATƏT-in müşahidəçiləri bunu təsdiqləmirlər.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *