İlham Əliyev Misir prezidentinə başsağlığı verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Rəsmi

İlham Əliyev Misir prezidentinə başsağlığı verdi

İlham Əliyev Misir prezidentinə başsağlığı verdi


Bu gün Misirdə kilsələrdə törədilən partlayışda həlak olanlarla bağlı Azərbaycan prezidenti İlham Əliyev Misir prezidenti Əbdülfəttah əs-Sisiyə başsağlığı verib.

Virtualaz.org-un məlumatına görə, başsağlığı teleqramında deyilir: Hörmətli cənab Prezident.

Ölkənizdə törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı.

Biz dinc insanlara qarşı yönəlmiş belə qəddar əməllərdən hədsiz dərəcədə hiddətlənir, dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib hesab edirik.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Misir xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *