"Rusiyayadan xahiş edəcəyik ki, Bakıya "Qəhrəman şəhər" adı verin?" » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

"Rusiyayadan xahiş edəcəyik ki, Bakıya "Qəhrəman şəhər" adı verin?"

"Rusiyayadan xahiş edəcəyik ki, Bakıya "Qəhrəman şəhər" adı verin?"


"Bakının "Qəhrəman şəhər" adı alması üçün Moskvaya müraciət edilməsi çox ciddi bir siyasi səhvdir". ANS PRESS-in məlumatına görə, bunu parlament üzvü, deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, Bakıya "Qəhrəman şəhər" adı verilməsi ilə bağlı iki gün öncə Milli Məclisdə məsələ həmkarı Yevda Abramov tərəfindən qaldırılıb. "Yevda müəllim təklif etdi ki, ona olan müraciətlər əsasında Rusiya Dövlət Dumasına rəsmi məktub göndərək ki, bu tarixi haqsızlığı ortadan qaldırsınlar. Bu ideya Milli Məclisin həmin iclasına sədrlik edən hörmətli Ziyafət Əsgərov tərəfindən də dəstəkləndi və bildirdi ki, bu barədə rəhbərlik səviyyəsində Rusiya Dövlət Dumasının rəhbərlərinə müraciət edilib".

F.Mustafa isə həmkarlarının bu təklifinə qarşı çıxıb. O, qeyd edib ki, Azərbaycan müstəqil dövlətdir və Bakı da Rusiyanın hansısa şəhəri deyil, müstəqil Azərbaycan dövlətinin paytaxtıdır. "Rusiyaya müraciət edəcəyik ki, xahiş edirik bizim paytaxtımıza "Qəhrəman şəhər" adı verin? Hansısa Azərbaycan şəhərinə hansısa adı vermək Milli Məclisin işdir, ona görə də bu təklifi Azərbaycan dövlətçiliyi üçün zərərli hesab edirəm".

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *