Prezident Polad Bülbüloğlunu təltif etdi » AzNews.info -Xəbər portalı

Prezident Polad Bülbüloğlunu təltif etdi

Prezident Polad Bülbüloğlunu təltif etdi


Bu gün Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov Azərbaycanın Rusiyadakı səfirliyində olub.

AzNews.info xəbər verir ki, səfirlikdən Trend-ə verilən məlumata görə, gəlişin məqsədi çoxillik yaradıcılıq fəaliyyəti və incəsənətin inkişafındakı xidmətlərinə görə səfir Polad Bülbüloğluna “Dağıstan Respublikasının əməkdar incəsənət xadimi” fəxri adı ilə təltif olunması haqqında sərəncamı təqdim etmək olub.

Dostluq ab-havasında keçən görüşdə P.Bülbüloğlu və R.Abdulatipov Azərbaycan-Dağıstan münasibətlərinin hazırkı səviyyəsindən razılıq ifadə edib və sözügedən münasibətlərin daha da inkişaf etdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.

R.Abdulatipov P.Bülbüloğlunu Dərbənd şəhərində birgə mədəniyyət tədbirlərinin keçirilməsi məqsədi ilə Dağıstana dəvət edib.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *