İlham Əliyev Pakistan prezidenti ilə danışıqlarda » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Rəsmi, Foto

İlham Əliyev Pakistan prezidenti ilə danışıqlarda – FOTO

İlham Əliyev Pakistan prezidenti ilə danışıqlarda


Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin təkbətək görüşü olub.

AzərTAc xəbər verir ki, səmimi şəraitdə keçən görüşdə Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin 2015-ci ildə Azərbaycana səfəri məmnunluqla xatırlandı. Pakistan Prezidenti Azərbaycana bu səfərdən xoş təəssüratlarla ayrıldığını bildirdi.

Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edildi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemi ilə bağlı Azərbaycanın və Pakistanın bir-birinin ədalətli mövqeyini dəstəkləməsində qətiyyət göstərdikləri vurğulandı.

Söhbət zamanı regional təhlükəsizlik və əməkdaşlıq məsələləri müzakirə olundu.

Sonra görüş geniş tərkibdə davam etdirildi.

İlham Əliyev Pakistan prezidenti ilə danışıqlarda

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *