Xarkovda dinc yürüş zamanı partlayış: 3 ölü, 15 yaralı » AzNews.info -Xəbər portalı

Xarkovda dinc yürüş zamanı partlayış: 3 ölü, 15 yaralı – VİDEO

Xarkovda dinc yürüş zamanı partlayış: 3 ölü, 15 yaralı


Ukraynanın Xarkov şəhərində dinc yürüş zamanı partlayış törədilib.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, prokurorluq partlayış nəticəsində 3 nəfər həlak olduğunu, 15 nəfərin isə yaralandığını açıqlayıb.

Ölənlərdən biri, yaralananlardan isə 5-i milis əməkdaşıdır.

Fevralın 22-də Avromaydanın ildönümü münasibətilə keçirilən din yürüşə 500-dək insan qatılıb. Partlayış iştirakçılar yürüşə başlamaq istədikləri anda baş verib.

Xarkov vilayət Prokurorluğu faktla bağlı terror aktı maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Prokurorluqdan bildiriblər ki, İdman Sarayı yaxınlığında baş verən partlayış əldəqayırma partlayıcı ilə törədilib. “Partlayış əvvəldən planlaşdırılıb”, - deyə prokurorluqdan bildirilib.

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) partlayışla əlaqədar artıq saxlanılanların olduğunu açıqlayıb. UTX rəhbərinin müşaviri Markian Lubkivski bildirib ki, saxlanan şəxslərin baş vermiş terror aktında əli olduğu güman edilir.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *