ABŞ Baş Qərargah rəisi rusiyalı həmkarı ilə Bakıda keçirdiyi görüş barədə danışıb » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

ABŞ Baş Qərargah rəisi rusiyalı həmkarı ilə Bakıda keçirdiyi görüş barədə danışıb

ABŞ Baş Qərargah rəisi rusiyalı həmkarı ilə Bakıda keçirdiyi görüş barədə danışıb


ABŞ Silahlı Qüvvələri Qərargah rəislərinin Birləşmiş Komitəsinin sədri general Cozef Danford ötən həftə Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimovla Bakıda keçirdiyi görüşü şərh edib.

AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, Cozef Danford Vaşinqtondakı Brukinq İnstitutunda çıxışı zamanı qeyd edib ki, onun Valeri Gerasimovla Bakıda görüşməsi ABŞ-ın Rusiyaya dair siyasətində dəyişikliyin baş verməsi anlamına gəlmir.

“ABŞ qanunvericiliyində bizim hərbi sahədə əməkdaşlığımızı əngəlləyən qanun var”, - deyə Danford Barak Obama administrasiyasının Rusiya ilə bu cür təmasların azaldılmasına dair qərarını nəzərdə tutub.

“Mənim rusiyalı həmkarımla Bakıdakı görüşüm siyasətdə hər hansı dəyişikliklərin baş verməsi kontekstində keçirilməyib və ABŞ administrasiyası ilə heç bir əlaqəsi yoxdur”, - deyə Danford qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Pentaqon yaydığı açıqlamada qeyd edib ki, Danford Gerasimovla fevralın 16-da Bakıda keçirdiyi görüşdə arzuolunmaz münaqişələrdən qaçılmasına yönələn tədbirlərə dair təmasların intensivləşdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Rusiya Müdafiə Nazirliyi yaydığı məlumatda bildirmişdi ki, görüşdə Rusiya və ABŞ-ın hərbi fəaliyyətlərinin təhlükəsizliyinin artırılması, gərginliyin və insidentlərin başvermə riskinin azaldılması üzrə işin istiqaməti müəyyənləşdirilib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *