Jirinovskidən Mehriban Əliyevaya dəstək » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya, Video

Jirinovskidən Mehriban Əliyevaya dəstək – VİDEO

Jirinovskidən Mehriban Əliyevaya dəstək


Bu gün Rusiya Federasiyası Dövlət Dumasının binasında RLDP lideri Vladimir Jirinovski Mehriban xanım Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti postuna təyinatını şərh edib.

Virtualaz.org bildirir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

"Vladimir Vladimiroviç Jirinovski bu gün Rusiya Federasiyasının Dövlət Dumasında mətbuat qarşısında çıxış edərək, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın birinci vitse-prezident təyinatı haqda çox müsbət fikirlər söylədi”, -deyə Rusiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev bildirib.

V.Jirinovskinin fikrincə, bu, cəmiyyətə daxili güc verir, cəmiyyətin ölkənin simvolunun - onun hökmdarının ətrafında birləşməsinə aparır. Və cəmiyyətin belə daxilən təşkili Şərq və Asiya ölkələrinə əhəmiyyətli dərəcədə daha yaxındır, nəinki Qərb ölkələri tərəfindən zorla sırınan psevdodemokratik sistem.

Siyasətçi onu da bildirib ki, ölkələrin mental xüsusiyyətlərini, tarixi təcrübəsini və idarəetmənin müxtəlif modellərinə sədaqətini nəzərə almaq lazımdır: “Və yeni tarix əyani şəkildə göstərir ki, Qərbdə və Şərqdə yollar müxtəlifdir. Və onların arasında effektiv qarşılıqlı təsir yalnız cəmiyyətin müstəqil tarixi seçiminin qəbul edilməsi və ona qarşılıqlı hörmət bəslənilməsi şərti ilə mümkündür”.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *