“Facebook” azərbaycanlıya görə Putinin məsləhətçisini blok etdi » AzNews.info -Xəbər portalı

“Facebook” azərbaycanlıya görə Putinin məsləhətçisini blok etdi

“Facebook” azərbaycanlıya görə Putinin məsləhətçisini blok etdi


“Facebook” administrasiyası Rusiya prezidenti Vladimir Putinin internet üzrə məsləhətçisi German Klimenkonun hesabını blok edib.

Oxu.Az-ın xəbərinə görə, Putinin məsləhətçisi bu barədə “Vkontakte” sosial şəbəkəsində öz səhifəsində yazıb.

Klimenkonun sözlərinə görə, onun hesabının blok edilməsinin səbəbkarı Rusiyada yaşayan azərbaycanlı yazıçı və aparıcı Stanislav Xankişiyevdir.

“Stalik istədiyinə çatdı. “Facebook” mənim hesabımı bağlayıb, “Vkontakte” saytına keçirəm” - məsləhətçi yazıb.

Qeyd olunur ki, “Facebook” administrasiyası Klimenkonun hesabını üç günlük bağlayıb.

Səbəb isə Klimenkonun Stanislav Xankişiyevin səhifəsindən paylaşım etməsi olub. Xankişiyev prezidentin məsləhətçisini müəllif hüquqlarını pozmaqda ittiham edib.

““Facebook”dakı dostlarıma bloka düşdüyüm barədə xəbər verməyinizi xahiş edirəm. Stalikə isə öz təşşəkkürümü bildirirəm ”, - Klimenko qeyd edib.

Putinin məsləhətçisi ilə Stanislav Xankişiyev arasındakı mübahisə fevralın 16-da başlayıb. Yazıçı öz “Facebook” səhifəsində “Onkoloji xəstələrin həyat mübarizəsi - 2” adlı video yerləşdirib. Klimenko bu videonu öz səhifəsində paylaşıb və Xankişiyevi sifarişli informasiya müharibəsində ittiham edib. İki günlük söz mübahisəsindən sonra tərəflər bir-birlərini “qara siyahı”ya atıblar.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *