Azərbaycan Belarusdan 170 milyon dollarlıq silah alıb » AzNews.info -Xəbər portalı

Azərbaycan Belarusdan 170 milyon dollarlıq silah alıb

Azərbaycan Belarusdan 170 milyon dollarlıq silah alıb


Azərbaycan 2016-cı ildə Belarusdan 170 milyon dollar dəyərində silah-sursat alıb.

AzNews.info Report-a istinadən xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) qlobal silahlanma xərcləri barədəki hesabatında qeyd olunur.

Bildirilir ki, Azərbaycan Belarusun əsas silah alan müştərilərindən biridir. Siyahının birinci pilləsində isə Çin qərarlaşıb. Müştərilər arasında Yəmən, İraq və Anqola da var.

Belarus 2016-cı il ərzində 625 milyon dollar məbləğində silah tədarük edib və bu göstəriciyə görə 18-ci yerdə qərarlaşır.

Satılan silahlar içərisində vertolyotlar, RƏM sistemləri, zirehli tank əleyhinə texnika, raket qurğuları və artilleriya var.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *