Birinci vitse-prezident üzərinə düşən öhdəliklərdən danışdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Video

Birinci vitse-prezident üzərinə düşən öhdəliklərdən danışdı – VİDEO + YENİLƏNİB

Birinci vitse-prezident üzərinə düşən öhdəliklərdən danışdı


“Göstərdiyiniz yüksək etimada görə sizə dərin minnətdarlığımı bildirirəm. Bu vəzifəyə təyin olunmaqla öhdəmə düşən məsuliyyətin ciddiliyini tam dərk edirəm. Cənab prezident, inanıram ki, sizin və mənə inanan bütün insanların etimadını doğruldacağam”.

Oxu.Az-ın məlumatına görə, bunu bu gün Təhlükəsizlik Şurasının iclasında Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Birinci vitse-prezident təyin edilən Mehriban Əliyeva deyib.

M.Əliyeva fəaliyyətinə yüksək qiymət verdiyi üçün prezident İlham Əliyeva təşəkkür edib:

“Belə qiymətə layiq olmaq mənim üçün böyük şərəfdir. Sadaladığınız hər bir uğurun, nailiyyətin arxasında sizin dəstəyiniz dururdu. Keçmiş illər ərzində sizin dövlətçilik ideyalarınız, vətənpərvərliyiniz, Azərbaycan dövlətinin maraqlarını sədaqətlə, iradə və cəsarətlə qorumağınız, Azərbaycan xalqı ilə birliyiniz mən və mənimlə çalışan insanlar üçün bir nümunə, fəaliyyətimizi istiqamətləndirən bir nümunə idi. Biz fəxr edirik ki, ölkəmizdə baş verən dəyişikliklərə, inkişafa, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına az da olsa, töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifəsindən asılı olmayaraq, insan öz yolunu seçəndə işinə, əməlinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyaraq buna nail olmağa çalışmalı, söz və işdə bir olmalıdır”.

Birinci vitse-prezident qeyd edib ki, rəhbərlik etdiyi Heydər Əliyev Fondu 13 ildir fəaliyyətini humanizm prinsipləri əsasında qurub: “Bu illər ərzində biz bir çox böyük layihələr icra etmişik. Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edirik, infrastruktur layihələri həyata keçiririk. Eyni zamanda 13 il ərzində ayrı-ayrı insanların problemlərinə heç vaxt biganə qalmamışıq. İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək, köməyə ehtiyacı olanlara kömək etmək, mənəvi dəstək vermək Heydər Əliyev Fondunun hər bir əməkdaşının birbaşa vəzifəsidir. Hesab edirəm ki, bu, bütün dövlət qurumlarında çalışanların əsas borcu və vəzifəsidir.

Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri yüksək tutaraq ən yüksək qələbələri əldə etmək, ən böyük zirvələrə qalxmaq olar. Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacaq, Azərbaycana layiqli xidmət etməyə çalışacağam. Bir daha göstərdiyiniz etimada görə sizə dərin minnətdarlığımı bildirirəm”.

14:46

“Hörmətli cənab Prezident. Mənə göstərdiyiniz yüksək etimada görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mən bu vəzifəyə təyin olunmaqla öhdəmə düşən məsuliyyətin ciddiliyini tam şəkildə dərk edirəm və inanıram ki, Sizin, cənab Prezident və bütün mənə inanan insanların etimadını doğrultmağı bacaracağam”.

Oxu.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında deyib.

Mehriban Əliyeva bildirib: “Mənim fəaliyyətim haqqında dediyiniz sözlər, verdiyiniz qiymətlərə görə təşəkkürümü bildirirəm, belə bir qiymətə layiq olmaq böyük bir şərəfdir. Sadaladığınız hər bir uğurun, hər nailiyyətin arxasında sizin köməyiniz, sizin dəstəyiniz durur”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *