İlham Əliyev məktub yazdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Rəsmi

İlham Əliyev məktub yazdı

İlham Əliyev məktub yazdı


Prezident İlham Əliyev Bruney Darüssalamın Sultanı Əlahəzrət Hacı Həssənal Bolkiaha təbrik məktubu ünvanlayıb.

Oxu.Az-ın dövlət başçısının saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Prezidentinin təbrik məktubunda deyilir:

“Əlahəzrət,

Bruney-Darüssalamın milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətlərinin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *