Elmar Məmmədyarov prezidentlə görüşdü » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Elmar Məmmədyarov prezidentlə görüşdü

Elmar Məmmədyarov prezidentlə görüşdü


Xarici işlər Naziri Elmar Məmmədyarov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Prezidenti Georgi Marqvelaşvili ilə görüşüb.

XİN-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, E.Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Gürcüstan Prezidentinə çatdırıb. G.Marqvelaşvili, öz növbəsində, səmimi salamlarının və ən xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

G.Marqvelaşvili Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlıq əlaqələrinin region üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. İkitərəfli formatda olduğu kimi, ölkələrimizin Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən üçtərəfli çərçivədə də uğurla əməkdaşlıq etdiyini vurğulayıb.

E.Məmmədyarov həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrinin ölkələrimizin müstəqilliyinin möhkəmlənməsinə, inkişafına və regional çiçəklənməyə xidmət etdiyini bildirib.

Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin ölkələrimizin regional mövqeyinin güclənməsinə töhfə verdiyini deyən nazir bu layihəyə Orta Asiya dövlətlərinin də ciddi maraq göstərdiyini diqqətə çatdırıb.

O, üçtərəfli əsasda Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığının əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı dəstək ifadə olunub.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *