İranlı milyarder edam olunacaq » AzNews.info -Xəbər portalı

İranlı milyarder edam olunacaq

İranlı milyarder edam olunacaq


Xaricə neft satışından əldə etdiyi külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunan Babək Zəncaniyə edam ediləcəyi bildirilib.

AzNews.info APA-ya istinadən xəbərverir ki, bunu bu gün İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsini Ejeyi jurnalistlərə bildirib.

Q. Möhsini Ejeyi deyib ki, bu iş üzrə təqsirləndirilən digər iki nəfərin edam hökmü isə dayandırılıb və Ali Məhkəmənin qərarı ilə iş yenidən araşdırılması üçün istintaqa qaytarılıb: “Əgər müstəntiq araşdırma zamanı Babək Zəncaniyə suallar ünvanlamaq istəsə, bunu edə biləcək”.

Q. Möhsini Ejeyi nəzərə çatdırıb ki, bu iş üzrə hazırda bir müddət öncə İnterpolun vasitəsilə tutulub ölkəyə qaytarılan şəxsin istintaqı davam etdirilir.

Beləliklə, B.Zəncani edam hökmünün icrasını gözləyir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *